Sevdiyi qıza görə 'Facebook' canlı yayımında intihar etdi - FOTO

Sevdiyi qıza görə
DÜNYA
01:06 11.09.2016
4854
33 yaşlı kişi otellərin birində “Facebook”-da canlı yayım edərkən, intihara cəhd edib.
O, “Allah bilir içimdəki fırtınanı. Kimsəni səbəbini bilmədən günahlandırmaq asandır. Dəli hesab etsəniz də, sevdim. Kimsənin ahı qalmaz bu dünyada”-deyərək, əlindəki ülgüclə boğazını kəsib, intihara cəhd edib.
Qolu, boğazı və bədəninin çox yerinə ülgüclə xəsarət yetirərək, otağı qana bürüyüb. Daha sonra isə oğlundan “oğlum, haqqını halal et" , deyərək, hallalıq da istəyib.
Hadisədən dərhal xəbər tutan polis otelə gəlib. Kişi çox qan itirdiyi üçün dərhal xəstəxanaya aparılıb. (ATV)
OXŞAR XƏBƏRLƏR