Sevdiyi qızın xalası oğlunu zarafata görə qətlə yetirdi

Sevdiyi qızın xalası oğlunu zarafata görə qətlə yetirdi
SOSİAL
13:40 30.12.2017
1245

Bakıda qətl törətməkdə təqsirləndirilən İbrahim Sadıqov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas yanvarın 4-nə təyin edilib.

Şikayətə hakim Abid Abdinbəyovun sədrliyi ilə baxılacaq.

İttiham aktına əsasən, hadisə ötən il fevralın 15-də baş verib. İ.Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovun zarafatı olub.

Belə ki, İ.Sadıqov sevdiyi Günel Əsgərovadan "yox" cavabı alıb. G.Əsgərovanın ailəsi də bu evliliyə razı olmayıb. G.Əsgərova yaşadığı rayondan Bakıya, xalasıgilə gəlib. İ.Sadıqov G.Əsgərovanın xalasıgilə zəng edərək onunla danışmaq istəyib. Telefona isə qızın xalası oğlu İ.Hüseynov cavab verib. O, İ.Sadıqova xalası qızı ilə danışmağa icazə verməyib. Bu zaman İ.Sadıqov daha əvvəl tanıdığı İ.Hüseynovla zarafat edərək "Güneli anası ilə birlikdə qaçıracağam" deyib. İ.Sadıqovun bu zarafatı İ.Hüseynovun xoşuna gəlməyib və ona xəbərdarlıq edib. Bu zaman hər iki şəxs telefonda mübahisə etməyə başlayıb.

 

Daha sonra onlar görüşüb, mübahisəyə son qoymaq qərarına gəliblər. Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki görüşə İ.Sadıqov tək, İ.Hüseynov isə qardaşı ilə gəlib. İ.Sadıqov təkbətək söhbət etmək adı ilə İ.Hüseynovu qardaşının yanından ayırıb. Söhbət əsnasında hər iki şəxs yenə də mübahisə ediblər. Bu zaman İ.Sadıqov üzərində gətirdiyi bıçaqla İ.Hüseynova çoxsaylı zərbələr endirib. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

İ.Sadıqov Cinayət Məcəlləsinin 120.2.2-ci (xüliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqda adam öldürmə) maddələri ilə ittiham olunub

///report
OXŞAR XƏBƏRLƏR