Sevdiyi qızla nişanlanan oğlanı güllələdi

KRİMİNAL
17:45 15.08.2015
3793
Hacıqabul rayon sakini ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.

AZXEBER.COM xəbər verir ki, rayonun Rəncbər kənd sakinlərinin virtualaz.org-a verdikləri məlumata görə, hadisə avqustun 13-də axşam saatlarında rayonun Qubalı-Baloğlan kəndi ərazisində baş verib.

Qubalı-Baloğlan kəndinin sakini, 23 yaşlı Eyvazlı Tural Ələsgər oğlu “VAZ-21015” markalı şəxsi avtomobilini idarə edərkən ona naməlum şəxs tərəfindən ov tüfəngindən atəş açılıb.

Atəş nəticəsində T.Eyvazlı başından güllə yarası alıb. O, qırma yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Rəncbər kənd sakini, 23 yaşlı Emin Qasımov Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində ertəsi gün saxlanılıb.

Hadisənin nişanlı qız üstündə baş verdiyi deyilir. Belə ki, Tural Eyvazlı ilə Emin Qasımov eyni qızı sevirmiş. Tural Eminin də sevdiyi qıza nişanlanıbmış. Ona görə də gənclər düşmənə çevriliblər və Emin əğyarından qisas almaq qərarına gəlib.

OXŞAR XƏBƏRLƏR