Azərbaycanda yeni şirkət yaradılıb. AZXEBER.COM-un məlumatına görə, sevgi etirafı etmək istəyən insanlara “MAKE LOVE STORУ” şirkəti yardımçı olacaq. Şirkətin rəhbəri Ramil Ağasıyev bu haqda deyib:
"Bu Azərbaycanda yenilikdir! Siz qeyri-adi sevgi etirafı ilə sevgilinizi təəccübləndirmək istəyırsiniz? Ancaq düşünürsünüz ki, “rədd cavabı” ala bilərsiniz. Biz sizə kömək edəcəyik. Sevdiyiniz insan sizə “yox” deməyəcək. Sevgilinizə orijinal sevgi teklifi etmək istəyirsinizsə, bizə müraciət edin! Peşəkarlar sizə yardım edəcəklər. Sizin sevgi etirafınız lentə alınıb əbədilik yadda qalan “Sevgi məbədinə” çevriləcək. Sevdiyiniz xanima evlenmek teklifinin yadda qalan olmasıı üçün “MAKE LOVE STORУ” şirkətinə müraciət edin. Ən orijinal evlənmə təklifi sizdə olacaq! Biz “Sevgi etirafı” yazırıq. Bizə müraciət edin! Həyatınız daha da rəngarəng olsun".
Qeyd edək ki, şirkətin rəsmi facebook səhifəsini bir günə 100-ə yaxın insan bəyənib.