Astrologiyada müəyyən zaman aralığında istədikləri hər şeyi əldə edə biləcək bürclər mövcuddur.
Oktyabr ayına sayılı günlər qalıb. Sevgi, karyera və pul mövzularında sevinəcək 4 bürc açıqlanıb.
AZXEBER.COM həmin bürcləri təqdim edir:
Tərəzi
Oktyabr ayında Tərəziləri yaxşı fürsətlər gözləyir. Xüsusilə iş həyatında arzuladıqları mövqeyə çatma şansı qazanacaq Tərəzilər eşq həyatlarının rəngsiz olması halında çox xoşbəxt bir dövrə salam deyəcəklər. Evli olanların həyat yoldaşları ilə səyahət etmək şansı ola bilər. Subay Tərəzilər yeni insanla tanış olmaq şansı əldə edəcəklər. Maddi baxımdan gözlənilən pul varsa, o sizə gələcək.
Oxatan
Oktyabrın başqa bir şanslı əlaməti Oxatan olacaq. Uzun müddətdir gözlənilən pul varsa, o pulu alacaq Oxatan bürcü iş həyatında yeni vəzifəyə yüksələ bilər. Səyahət etməyi planlaşdıran Oxatanlar bu ay çox arzulanan səfərə çıxa bilərlər.
Oğlaq
Ailə həyatında və münasibətlərdə problem yaşayan Oğlaqlar oktyabrda istədikləri nəticəni əldə edəcəklər. Eşq həyatında xoşbəxt bir dövr keçirən Oğlaqlar bu ayda partnyorları ilə istədikləri kimi vaxt keçirmə şansı əldə edəcəklər. Maddi cəhətdən istədiyi hər şeyi əldə edə biləcək Oğlaq bürcü güclü bir dövr yaşayacaq.
Əqrəb
Oktyabr ayında şans zirvəsini yaşayacaq başqa bir bürc Əqrəblərdir. Səhhətinizdə problem varsa, xilas olacaqsınız. Axtardığınız sevgini bu ay tapa bilərsiniz, subaysınızsa, evliliyə doğru böyük addım ata bilərsiniz. Əgər uzun müddətdir arzuladığınız bir şeyi gözləyirsinizsə, istədiyinizi asanlıqla əldə edə biləcəksiniz. Maddi cəhətdən rahatlıq hiss edəcəksiniz.
Mikayıl