Sevgili olduqlarını gizlədirlər: Maldiv adalarında istirahət edirlər - FOTOLAR

Sevgili olduqlarını gizlədirlər: Maldiv adalarında istirahət edirlər - FOTOLAR
MAQAZİN
14:11 20.04.2021
3711

"Sən çal kapımı” serialının məşhur cütlüyü Hande Erçel və Kerem Bürsinin bir yerdə Maldiv adalarında olduqları ortaya çıxıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Fox Tv-də yayımlanan və dünyanın bir çox ölkələrində böyük maraqla izlənilən "Sən çal kapımı” serialının əsas qəhrəmanları Hande Erçel və Kerem Bürsin haqqında yeni iddialar ortaya çıxıb.

Serialda sevgili obrazını canlandıran cütlüyün real həyatda da sevgili olduqları iddia edilsə də, onlar bu iddiaları cavabsız qoyurlar.

Ancaq erkən sezon finalına çıxan serialın iki ulduzunun birlikdə Maldiv adalarına yollandıqları ortaya çıxıb. Belə ki, Maldivdə onlarla birlikdə istirahət edən turistlər tərəfindən cütlüyün birlikdə yemək yediyi görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Həmin görüntüləri təqdim edirik:

Nərmin Məmmədli




OXŞAR XƏBƏRLƏR