19 yaşlı aktrisa və onun sevgilisi bədənlərinə bürünc rəngli krem çəkərək "Qızmar yay" kampaniyasını reklam ediblər.
Lyusinin dediyinə görə, sabiq məşuqu Mark Raytdan fərqi olaraq Mario daha ötkəm, qətiyyətli və diqqətli insandır.
"Mario əla oğlandır və qızların da onu niyə çox istədiklərini anlayıram. Onun əla vücudu var. Bir-birimizi sevirik və fotosessiyamızı da mesaj saya bilərsiniz", - Lyusi "New!" jurnalına verdiyi müsahibəsində deyib.
Lyusi və Mario dünənədək İspaniyanın Kosta del Sol kurortunda birgə istirahət edirdilər.
/// milli.az