"Sevgililər ayrılanda mənə zəng edirlər ki, barışdırım" - Cəmilə

"Sevgililər ayrılanda mənə zəng edirlər ki, barışdırım" - Cəmilə
MAQAZİN
11:40 25.11.2025
108
"Bir-birini sevən cütlüklər ayrılanda, mənə zəng edirlər ki, mahnılarım ilə onları barışdırım".
 
AZXEBER.COM xəbər verir ki, bunu "İncə səhər" verilişində müğənni Elit star Cəmilə deyib.
 
O, bildirib ki, sevgidə küsülülüklər uzun çəkəndə tərəflər bir-birindən soyuyur:
 
"Bir-birini sevən cütlüklər ayrılanda, mənə zəng edirlər, xahiş edirlər ki sevilən mahnılarımı onlara özəl olaraq oxuyum, onları barışdırım. Mən də bir bənd ifa edirəm, həmin xanımın adını da orada çəkirəm ki, qoy oğlan ona göndərsin. Anlasın ki, bu özəl olaraq onun üçün oxunub. İnandırım sizi ki, o mahnıdan sonra cütlüklər barışırlar. Bilirsiniz nə qədər belə hadisələr olub? Heç vaxt razı ola bilmirəm ki, sevənlər ayrılsın. İncikliklər uzun çəkməsə yaxşıdır. Məsafə uzandıqca insanlar soyumağa başlayır".

Aysel
 

 

OXŞAR XƏBƏRLƏR