"Sevgililər günü"nü qeyd edən cütlük qəza keçirdi - Ölənlər var

"Sevgililər günü"nü qeyd edən cütlük qəza keçirdi - Ölənlər var
DÜNYA
14:27 15.02.2024
178
"Sevgililər günü"nü qeyd edən cütlüklər qəzaya düşüb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istnadən xəbər verir ki, Türkiyənin Bursa şəhərində baş verən yol qəzasında 14 fevral "Sevgililər Günü"nü qeyd edən cütlük şam yeməyindən qayıdan zaman qəzaya düşüb.
 
Qəzanın baş verməsinə səbəb güclü yağışın yağması nəticəsində avtomobilin sürücünün idarəetməsindən çıxması olub.
  
Qəza nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün nişanlısı Eda Ateşmen və Zeynep Murhan həyatını itirib.
 
Sürücü və yanındakı sərnişin olan Mustafa Murhan yaralanıb.
 
Günel
OXŞAR XƏBƏRLƏR