Sevgilisi ilə barışan Mehmet Əli Ərbil yenidən evlənir

Sevgilisi ilə barışan Mehmet Əli Ərbil yenidən evlənir
MAQAZİN
15:11 13.09.2024
281
Türkiyəli şoumen Mehmet Əli Ərbil, özündən 42 yaş balaca sevgilisi Gülsərən Ceylan ilə barışıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, ikilini müğənni Serdar Ortac barışdırıb.
 
Onlar hər üçü birlikdə restorandan çıxarkən görüntülənib.
 
Ərbil barışığın Serdar Ortaç sayəsində baş tutduğunu və çox yaxında yenidən toy edəcəklərini bildirib.
 
O, nikah şahidlərinin Sərdar Ortac və İbrahim Tatlısəsin keçmiş xanımı Dərya Tuna olacağını açıqlayıb. 
 
Aysel
OXŞAR XƏBƏRLƏR