17 yaşlı yeniyetməni iPad-ın cərəyanı vuraraq öldürüb.
Hadisə Rusiyanın Tümen vilayətinin Novıy Urenqoy şəhərində baş verib.
17 yaşlı Aleksandr vannaya girərkən sevimli qadcetini də özü ilə götürüb ki, sevgilisi ilə yazışmağı dayandırmasın.
Dostları deyir ki, Saşanın bir çox məşğuliyyətləri olub. O, şəbəkədə çox vaxt keçirirdi. Həmin gün evlərində heç kim yox imiş. Sevgilsi Tamilla ilə yazışmanı dayandırmamaq üçün iPad-ı da özü ilə götürüb vannaya girib. O, planşeti cərəyana da qoşub ki, enerjisi bitməsin. Bu zaman onu cərəyan vurub.
Tamillanın sözlərinə görə, yazışan zaman onu bir dəfə cərəyan vurub. Qız ona iPad-ı yığışdırmağı tövsiyə edib. Ancaq o dinləməyib. Sonradan metal krandan tutub ayağa qalxmaq istəyərkən dövrə qapanıb və onu cərəyan vurub.(milli.az)