Sevgilisinə cadu etdirmək istəyən kişi dələduzların qurbanı oldu

Sevgilisinə cadu etdirmək istəyən kişi dələduzların qurbanı oldu
DÜNYA
12:22 26.03.2026
265
Türkiyənin Trabzon şəhərində bir gənc, sosial media vasitəsilə tapdığı falçı tərəfindən dələduzluğa məruz qalıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, sevgilisinə tilsim etdirmək üçün külli miqdarda pul ödəyən gənc, aldadıldığını iddia edərək şikayət ərizəsi verib.

Falçının bank hesabına 495.600 türk lirəsi (19 min manat) göndərdikdən sonra B.T. onunla əlaqə saxlaya bilməyib və aldadıldığını anlayaraq hadisəni polisə bildirib.

B.T.-nin şikayətindən sonra Trabzon Respublika Prokurorluğu araşdırmaya başlayıb.

Kiber Cinayətlərlə Mübarizə Bölməsi şübhəlinin tutulması üçün səylərini davam etdirir.
 
Aysel
OXŞAR XƏBƏRLƏR