Evlilik təklifi əvvəli faciəvi qəza baş verib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun Küçükçekme ərazisində sevgilisinə evlilik təklifi etməyə gedən Kemal Özbey idarə etdiyi avtomobilin idarəetməsini itirərək dayanmış avtomobilə çırpılıb.
Belə ki, sevgilisinə evlilik təklifi etmək istəyən Kemal Özbey əvvəlcə bərbərxanaya gedib. Daha sonra avtomobilinə minən Özbey təxminən 20 metrdən sonra sükanın idarəetməsini itirərək yolda dayanmış avtomobilə çırpılıb.
Avtomobilin içərisində ilişib qalan sürücü dostlarının köməkliyi ilə oradan çıxarılıb. Sağlamlıq qrupları tərəfindən ilkin yardım edilən Özbey xəstəxanaya aparılıb.
Ayşən