Sevgilisinə metroda evlilik təklifi etdi - Həbs olundu

Sevgilisinə metroda evlilik təklifi etdi - Həbs olundu
SOSİAL
15:28 16.11.2023
227

Moskva sakini sevgilisinə qeyri-adi şəkildə evlilik təklifi etmək qərarına gəlib. Belə ki, o, bunun üçün metro stansiyasını seçib. Lakin bu, gəncin həbs olunması ilə nəticələnib.

Hadisə noyabrın 7-də baş verib.

Belə ki, gənc oğlan platformanın ortasına stol qoyub və qıza evlənmə təklif edib.

Məlumata görə, noyabrın 9-da oğlan saxlanılıb və xırda xuliqanlıq maddəsi ilə inzibati protokol tərtib edilib. Hüquq-mühafizə orqanları və Rayon Məhkəməsi hesab edib ki, gəncin hərəkətləri sərnişin axınına mane olub.

Məhkəmə onu beş sutka inzibati həbs cəzasına məhkum edib.

Qız isə xırda xuliqanlıqda təqsirli bilinərək cərimələnib.

OXŞAR XƏBƏRLƏR