Sevgilisinə çox böyük miras qaldığını öyrənən 47 yaşlı qadın bu xəbəri öyrəndikdən bir neçə saat sonra inanılmaz bir qətl planlaşdırıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə ABŞ-nin Şimali Dakota ştatında baş verib.
Vəkili ilə görüşəndən sonra kişi 30 milyon dollar miras qaldığını öyrənib və bu məlumatı sevgilisi ilə bölüşüb. Amma qadın bu məlumatdan çox təəccüblənib və bu pulu almaq üçün dəhşətli plan qurub.
Kenoyer adlı qadın bu xəbəri öyrəndikdən bir neçə saat sonra sevgilisini zəhərləyib. Qısa müddətdən sonra vəfat edən kiçik Edvard Rilinin yarılması onun zəhərləndiyini sübut edib. Hadisə ilə bağlı araşdırma başlanıb, Kenoyer nəzarətə götürülüb.
Ayşən