Sevgilisinə pul çatdırmaq istəyən gənc motosiklet oğurladı

Sevgilisinə pul çatdırmaq istəyən gənc motosiklet oğurladı
DÜNYA
11:28 04.04.2024
127
Türkiyənin Adana bölgəsində park edilmiş motosikleti oğurlayan şəxs tutulub. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, sevgilisinə pul çatdırmalı olan Emrecan Ö. adlı şəxs bir müddət gəzdikdən sonra  boş ərazidə park edilmiş motosiklet görüb.
 
Motosikletin sükanının kilidini sındırdıqdan sonrasevgilisinin yanına gedib.
 
Motosikledinin oğurlandığı haqda polisə məlumat verildikdən sonra polis qrupları ətrafdakı təhlükəsizlik kameralarını araşdıraraq motosikleti oğurlayan şəxsin şəxsiyyətini təyin edib.  
 
Polis əməkdaşalrı tərəfindən saxlanılan şəxs ifadəsində "Təcili olaraq sevgilimə pul aparmalıydım, motosikleti sahibinə qaytaracaqdım” deyərək özünü müdafiə edib.  

Məhkəmə tərəfindən şübhəli şəxs həbs edilib. 
 
Oksana
OXŞAR XƏBƏRLƏR