18 yaşlı Uçe öz sevgilisi Karasanı şam yeməyinə dəvət edib. Maraqlısı odur ki, sevgililərin görüş yeri əxlaqsız yuva olub. Görüş yerinə gələn Karasa şoka düşüb. Uçe isə özünü itirməyərək bura ilk dəfə gəldiyini və əxlaqsız yuvadan xəbərsiz olduğunu bildirib. Bu sözlərə inanmayan Karasa Uçedən polisə şikayət edib. Hadisə yerinə gələn polis gənc aşiqi həbs edib. Uçenin valideynləri isə bu xəbərdən sonra oğullarını öldürməklə hədələyiblər. Onlar qeyd ediblər ki, Uçenin bu hərəkəti onların nəslinə ziddir və oğulları öldürülməlidir. Məhkəmənin qərarı isə hələ məlum deyil.