Sevgilisini öldürən yeniyetməyə 91 il həbs cəzası verilib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Meksikanın Mexiko əyalətində yerləşən Toluka şəhərinin məhkəməsində hakim 17 yaşlı sevgilisini öldürməkdə günahlandırılan 18 yaşlı Coel Antonionu 91 il 5 ay 15 gün həbs və 1 milyon 800 min peso (89 min 100 dollar) pul cəzasına məhkum edib.
Hakim qətlin azyaşlıya qarşı törədildiyini nəzərə alaraq Antonioya rekord hökm çıxarıb.
Öldürülən qızın anası Guadalupe Quiroz məhkəmədən sonra verdiyi açıqlamada hakimin qərarından məmnun olduğunu bildirib.
Qeyd edək ki, sevgilisi Gabinin Tolucadakı evinə gələn Antonio aralarında yaranan mübahisədən sonra Gabini öldürüb.
Ayşən Mirzəyeva