Sevgilisinin ərini mişarla doğrayan şəxs: "Yataqdan qalxanda iki dəfə atəş açdım"

Sevgilisinin ərini mişarla doğrayan şəxs: "Yataqdan qalxanda iki dəfə atəş açdım"
SOSİAL
14:24 20.09.2016
2502
Bu gün həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə davam edib.
AZXEBER.COM lent.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində 27-ci Polis Bölməsinin rəis müavini Rasim Əmirov ifadə verib.
Şahid bildirib ki, təqsirləndirilən Lalə Mahmudova ərizə ilə müraciət edərək ərinin evdən çıxıb və bir daha geri qayıtmadığını qeyd edib: "Kamera görüntülərini izlədik. Sədi Məmmədov hadisəni törədən şəxs kimi həbs olunduqdan sonra Lalə Mahmudova da səmimi etiraf edib ki, Sədi Kamranı qətlə yetirib. Sədi də sonradan bizə törətdiyi cinayəti etiraf etdi. Lalə ifadəsində dedi ki, Sədi ilə əlaqədə olublar".
Lalə Mahmudova prosesdə sualları cavablandırıb. O deyib ki, heç nədən xəbəri olmayıb və yaşadığı mənzilə gətirilən qara torbaların kimin tərəfindən ora qoyulduğunu bilmir: "15 il o ərazidə yaşamışam, orada kamera olmasından xəbərsizəm. Bilsəydim, qoyardımmı ki, kameranın qabağında ərimi öldürsünlər?"
S. Məmmədov da ifadəsində deyib ki, ibtidai istintaqa verdiyi ifadələrdən xəbərsizdir. O deyib ki, L. Mahmudova hadisə baş verən gün ərinin evdə olmayacağını deyib: "Evə qalxdım, gördüm, evdən səs gəlir. Aşağı düşdüm, sonra geri qayıdıb qapını bir neçə dəfə döydüm. Qapını Lalə açdı. O, mənə əli ilə sakit işarəsi göstərdi. Bu vaxt əri oyandı. Mən də o yataqdan qalxmaq istəyəndə iki dəfə atəş açdım".
Proses oktyabrın 7-də davam edəcək.
Qeyd edək ki, Yasamal rayon sakini, 1976-cı il təvəllüdlü Kamran Mahmudovun 26 sentyabr 2015-ci il tarixdən itkin düşməsi barədə hüquq mühafizə orqanlarına daxil olmuş məlumat əsasında həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin tarixdə saat 03 radələrində Bakı şəhər sakini Sədi Məmmədov tanışı Lalə Mahmudova ilə qabaqcadan əlbir olub əri K.Mahmudovu öldürmək məqsədi ilə sonuncuların yaşadığı mənzilə gəlib.
S. Məmmədov K. Mahmudovun yatmış vəziyyətdə olmasından istifadə edərək özü ilə gətirdiyi odlu silahdan onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə atəş açaraq qəsdən öldürüb və meyidi L.Mahmudova ilə birlikdə bıçaqla hissələrə bölərək özünə məxsus BMW markalı avtomobillə İsmayıllı rayonunda qardaşı Əli Məmmədova məxsus bağ evinin həyətində basdırıblar.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. K.Mahmudovun meyidi qeyd olunan ərazidə aşkar edilərək çıxarılmış, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, cinayətin aləti olan odlu silah və 12 ədəd güllə maddi sübut kimi götürülüb.
Cinayətin S.Məmmədov və L.Mahmudova tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından onlar oktyabrın 3-də tutularaq istintaqa cəlb olunublar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
13:40 12.07.2025
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
13:35 12.07.2025
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
13:14 12.07.2025
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
13:11 12.07.2025
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
12:57 12.07.2025
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib
12:54 12.07.2025
“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib
İstirahət gününə olan hava proqnozu
12:33 12.07.2025
İstirahət gününə olan hava proqnozu
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
12:13 12.07.2025
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb
11:52 12.07.2025
Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb
Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
11:45 12.07.2025
Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək
11:36 12.07.2025
Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək
Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib
11:31 12.07.2025
Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib