Sevgilisinin üstünə benzin töküb yandıran kişi cinayəti danışdı - TƏFƏRRÜAT

DÜNYA
15:41 27.08.2013
2127

Türkiyənin Antalya şəhərində sevgilisinin üstünə benzin tökərək yandıran 37 yaşlı kişinin həbs olunduğunu xəbər vermişdik.

AZXEBER.COM-un məlumatına görə, həbs edilən Abdurrahman Göçer sevgilisini bilərəkdən öldürmədiyini bildirib.

O hadisənin təfərrüatını məhkəmədə danışıb. Belə ki, sevgilisi Berkil və onun bacısı Esra ilə Antalyada istirahət edən Göçerlə Esra arasında mübahisə yaranıb. Bundan sonra qəzəblənən Göçer sevgilisinin qolundan tutaraq maşına mindirib.

Bundan sonra cütlük arasında da mübahisə qızışıb və 37 yaşlı sevgilisinin saçından tutub və onu maşından endirib. Benzin dolu bidonu sevgilisinin üzərinə boşaltdıqdan sonra cütlük sakitləşib. Qucaqlaşıb oturduqdan sonra Çilem siqaret çəkmək istəyib. Ehtiyatsızlıq üzündən alışqan ona toxunub və qız yanmağa başlayıb.

Abdurrahmanın iddiasına görə isə, gənc qız özü öz üzərinə benzin töküb. Daha sonra siqaret çəkərkən od tutub yanmağa başlayıb. 

OXŞAR XƏBƏRLƏR