Sevil Əliyevanın “iPhone”lara qoyduğu qadağaya YAP-dan - REAKSİYA

Sevil Əliyevanın “iPhone”lara qoyduğu qadağaya YAP-dan -  REAKSİYA
SİYASƏT
13:00 20.03.2014
11347

Məsələyə YAP-dan reaksiya gəldi: “Telefonlarda imza olmasında nə problem var ki?”; “Gold & Co.” şirkəti Heydər Əliyevin imzasını daşıyan qızıl “iPhone”lərin hazırlanması barədə məlumatları təkzib edib, bu telefonların saxta olduğunu bildirib

“Heydər Əliyevin imzasının kiminsə cibində və ya çantasında gəzdirdiyi məişət əşyalarının üzərində olmasını böyük günah hesab edirəm”. Bu sözlər eks-prezident Heydər Əliyevin qızı Sevil Əliyevaya məxsusdur.

Mediada gedən xəbərlərə görə, S.Əliyeva Londonda “Golden & Co” şirkəti tərəfindən Azərbaycan oliqarxları üçün xüsusi olaraq hazırlanmış və üzərində mərhum prezident Heydər Əliyevin imzası olan qızıl korpuslu “iPhone 5S gold limited” telefonlarının istehsal olunması ilə bağlı KİV-də yayılmış məlumatlara münasibət bildirərkən belə deyib. Spacenews.az-ın xəbərinə görə, S.Əliyeva bu hadisədən nəinki sevinmədiyini, əksinə, hiddətləndiyini bildirib: “İnternet saytlarında yayılmış məlumatlara görə, Londonda ”Golden & Co" şirkəti tərəfindən Azərbaycan oliqarxları üçün atam, ümummilli lider Heydər Əliyevin imzası həkk olunmuş qızıl korpuslu “iPhone 5S” telefonları buraxılıb. Bu hadisə məni nəinki sevindirmədi, hətta hiddətləndirdi.

Azərbaycan üçün ən mühüm, ən taleyüklü sənədlərdə olan, ölkənin xilaskarı və qurucusu dahi Heydər Əliyevin imzasının kiminsə cibində və ya çantasında gəzdirdiyi məişət əşyalarının üzərində olmasını böyük günah hesab edirəm. Mən Heydər Əliyevin qızı kimi belə xoşagəlməz hallara kəskin etiraz edir və qadağa qoyuram".

Bu məsələyə hakim partiyanın münasibətini öyrəndik. Maraqlıdır, YAP-da H.Əliyevin imzası ilə bağlı yeniliklərə münasibət necədir?

YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a bildirdi ki, onun sözügedən məsələ barədə geniş məlumatı yoxdur: “Məlumatım olmadığı məsələ barədə bir söz deyə bilmərəm. Amma mən bir dəfə görmüşdüm ki, müəyyən maşınlara mərhum prezidentin imzasını vurublar. Bununla əlaqədar mən Dövlət Avtomobil Müfəttişliyinə müraciət etdim ki, maşınlarda ümummilli liderin imzası olmaz. Deyək ki, döş nişanı var, insanlar onu sinəsində gəzdirir. Yaxud mobil telefonlarda Heydər Əliyevin, həmçinin cənab prezidentin fotoşəkilləri var.

Amma avtomobillərə imzanın vurulması uyğun deyildi. Hər bir insanın qəlbində istək varsa, evində, kabinetində şəklini asa, yaxud adını əbədiləşdirmək üçün iş görə, kitab, məqalə yaza bilər. Mən bunları təqdirəlayiq hesab edirəm”. S.Novruzov Londonda “Golden & Co” şirkəti tərəfindən hazırlanan telefonlarda H.Əliyevin imzasının olmasına fərqli yanaşdı: “Ünsiyyətdə olduğum partiya üzvlərinin böyük əksəriyyətinin mobil telefonlarının ekranında Heydər Əliyevin fotosunun olduğunu görmüşəm. İndi telefonlarda imza olmasında nə problem var ki, mən bilmirəm”. Maraqlıdır, deputat belə qiymətli bir telefona sahib olmaq istərdimi? S.Novruzov: “Gücüm çatsa, təbii ki, alaram”.

Bu arada nüfuzlu “Gold & Co.” şirkətinin baş icraçı direktoru Amjad Ali yerli mediada Azərbaycan üçün Heydər Əliyevin imzasını daşıyan qızıl “iPhone”lərin hazırlanması barədə məlumatları təkzib edib, bu telefonların saxta olduğunu bildirib. Amjad Ali deyib ki, Gold&Co. qızıl suyuna çəkilmiş mobil telefonlar və “iPad”lar üzrə ən böyük şirkət olduğuna görə bir çox istehsalçı bu telefonların saxta versiyalarını buraxır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Doğuş zamanı ölən ana ilə bağlı daha bir AÇIQLAMA
07:39 09.07.2025
Doğuş zamanı ölən ana ilə bağlı daha bir AÇIQLAMA
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
05:35 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir