Sevil Nuriyeva ərindən yazdı: "Məni gözlə..."

Sevil Nuriyeva ərindən yazdı: "Məni gözlə..."
SOSİAL
16:57 21.09.2018
10571

Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə qətlə yetirilən əri Etimad İsmayılovu yad edib.

AZXEBER.COM xəbər verir ki, Nuriyeva "İnstagram" hesabında ərindən yazıb.

"İgidim, qəhrəmanım... Canım, əbədi dünyada bəxtiyar ol və məni gözlə... İnşallah", - deyə aparıcı ürək sözlərini qeyd edib.

Qeyd edək ki, azərbaycanlı iş adamı Etimad İsmayılov İstanbuldakı ofisində silahlı hücuma məruz qalıb. Başından 2, sinəsindən 1 güllə ilə yaralanan İsmayılov xəstəxanaya çatıdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Silahlı hücumu törətdikdən sonra hadisə yerindən qaçan digər azərbaycanlı iş adamı, sabiq polis rəisi Gözəl Dəmirov polis tərəfindən saxlanılıb.

 

OXŞAR XƏBƏRLƏR