Tanınmış telejurnalist, hazırda Türkiyədə yaşayan Sevil Nuriyeva TRT Haber-də yayımlanan "Yeni gündəm" verilişində qonaq olub.
AZXEBER.COM-un məlumatına görə, Sevil Nuriyeva verilişdə Türkiyədə baş tutan referendumdan danışıb. O verilişdə ATƏT-i də kəskin tənqid edib,
Telejurnalist deyib ki, ATƏT uzun illərdi ki, Azərbaycana qarşı ikili standartlar yürüdür: "ATƏT şəffaf olmayan bir qurumdur, bunu hər kəs bilir. Hətta Azərbaycanda ATƏT-in Minsk qrupuna "turistik qurum" da deyilir. Onlar yalnız gəzmək üçün başqa ölkələrə gedirlər. ATƏT BMT-nin qərarlarına da hörmətsizlik edir və bu günə qədər Ermənistana işğalçı ölkə demir. ATƏT-ə artıq heç bir ölkədə inam qalmayıb".
Verilişdə həmçinin Fransada baş tutacaq seçkilər də müzakirə olunub və teleaparıcı prezidentliyə namizədlərdən birinin Dağlıq Qarabağla bağlı səfeh bəyanat verdiyini xatırladıb.
Həmin görüntüləri təqdim edirik: