"Atamız sağ olsa idi, bu gün uğurlarımıza sevinərdi, bizi dəstəkləyərdi”.
AZXEBER.COM xəbər verir ki,bu sözləri ATV telekanalında, "Rəngarəng səhər” verilişində Sevil-Sevinc bacıları deyib.
Vaxtsız itirdikləri atalarını xatırlayan sənətçilər, onun haqqında danışarkən kövrək anlar yaşayıblar:
"Atam hər zaman arxamızda olub. Bu sənətə ilk gələn gündən o, və qardaşım hər an yanımızda olub. Həmişə də deyərdi ki, istəmirəm qızım ailə qursun. Gedib orada niyə əziyyət çəksin, yoxsulluq görsün. Ona görə düşünürəm ki, sağ olsa idi bizimlə fəxr edərdi”.
Xatırladaq ki, əkiz bacıların atası, 2016-cı ildə vəfat edib.
Aysel