Sahil NAĞIZADƏSevilərək ölənlər….Belə bir məsəl var “Ölüm gözlə qaş arasındadır”. Əvvələr bu sözə çox da önəm verməsəmdə son zamanlar sevdiyim və hörmət etdiyim iki böyük şəxsiyyətin dünyadan vaxtsız köçməsi bu məsəlin inandırıcı olduğunu göstərdi. O şəxslərdən biri, Azərbaycan Respubilkasının əməkdar artisti Elçin Həmidov, digəri isə keçmiş millət vəkili, “Bakılı Oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanovun vəfatı idi.Gəlin, heç zaman kədərli olmağı sevməyən, bəlkədə ömrü boyu heç bir şəxsə qəm yaşatmayan Anardan danışaq.Anar Məmmədxanov1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdi. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub Avrasiya Radio və Televiziya Akademiyasının üzvü idi. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olmuşdu. Dostları onu hər zaman şən, gülərüz və mehriban insan kimi xatırlayır. O, hər an ətarfındakılara xoş əhval ruhiyyə bəxş edərdi. Kədərli olmağı sevməsədə, onun vəfatı hər bir kəsə kədər yaşatdı. Xəbər portallarından birində Anar müəllim haqqında belə bir yazı oxudum “ Ölümündən 2 gün əvvəl qohumların birinin toy məclisində “Əlvida” mahnısını ifa edib. Səsi və musiqi duyumu zəif olan Anar, bu mahnını özünə məxsus şəkildə o qədər gözəl ifa edib ki, hamını kövrəldib.” “Əlvida” mahnısı söyləyərkən o, bəlkə də Tanrıya qovuşacağı günün yaxınlaşdığını duymuşdu… Bəli 2 gün sonra isə o, bizə əbədi lakin, cismən “Əlvida” söylədi. Artıq Anarın yoxluğundan bizi 1 illik zaman ayırır. Ölüm sevinməsin qoy, Anarı bizdən cismən aldı amma ruhən o bizim qəlbimizdədir. Ölüm sevinməsin, sıravi Azərbaycan vətəndaşından tutmuş, yüksək vəzifəli şəxsə kimi hamı Anarı sevir və sevəcəkdə…Ölüm sevinməsin qoy! Ömrünü vermir badaEl qədrini canından daha əziz bilənlərŞirin bir xatirətək qalacaqdır dünyadaSevərək yaşayanlar, sevilərək ölənlər.