"Sevilya" iki transferi açıqlayıb

İDMAN
20:54 01.09.2022
261
İspaniyanın "Sevilya" klubu iki futbolçu transferini gerçəkləşdirib.

AZXEBER.COM İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, danimarkalı hücumçu Kasper Dolberq və Kosovo-alban-türk əsilli belçikalı yarımmüdafiəçi Adnan Yanuzayla müqavilə bağlanılıb.

Yanuzayın müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub. Ötən mövsümü "Real Sosyedad"da oynamış 27 yaşlı cinah futbolçusu olan Yanuzay sərbəst futbolçu kimi "Sevilya"ya keçib.

24 yaşlı Dolberq isə Fransanın "Nitsa" klubundan icarəyə götürülüb.
OXŞAR XƏBƏRLƏR