"Sevilya" klubu bir neçə azərbaycanlı futbolçunu izləyir

"Sevilya" klubu bir neçə azərbaycanlı futbolçunu izləyir
İDMAN
18:59 15.01.2025
357
İspaniyanın "Sevilya" klubu "Marcet" akademiyasına seçilən bir neçə azərbaycanlı futbolçunu izləyir.

Bunu ASTA-nın (Azerbaijan Sport Talents Academy) prezidenti Rafael Bunyatov "Mingəçevir" futbol klubu ilə tərəfdaşlıq müqaviləsinin imzalanması mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.

O, detallar barədə danışmayıb:

"Sirrləri çox açmaq istəmirəm. Ümumiyyətlə, bəzi azərbaycanlı futbolçuların Avropada oynamasını istəyirik".

Rafael Bunyatov İspaniyanın "Barselona" klubuna məxsus olan qapıçı Eldar Tağızadənin icarə əsasında "Tudelano"da çıxış etdiyini xatırladıb.
 
///report
OXŞAR XƏBƏRLƏR