Sevinc Ağasıyeva xaricdə təhsil alan tələbələrə mahnı həsr etdi - VİDEO

Sevinc Ağasıyeva xaricdə təhsil alan tələbələrə mahnı həsr etdi - VİDEO
MAQAZİN
13:41 17.09.2018
3747
Tanınmış bəstəkar və müğənni Sevinc Ağasıyeva "Bilik günü" ilə bağlı maraqlı layihəyə imza atıb.
 
Bu haqda AZXEBER.COM-a sənətçi özü məlumat verib. 
 
O xaricdə təhsil alan tələbələrə mahnı həsr edib: "Bu mahnımı xaricdə oxuyan tələbələrə və onların valideynlərinə həsr etmişəm. Bilirsiz ki, övladını xaricə göndərmək, ondan ayrı qalmaq valideyn üçün nə qədər çətindir. Mənim də qızım Türkiyədə təhsil alır. Bu mahnıda hisslərimi ortaya qoymuşam. Ümid edirəm ki, mahnını dinləyən hər kəs mənimlə eyni həyəcanı yaşayacaq. Allah bütün tələbələrimizə sağ-salamat evlərinə, ailələrinin yanına qayıtmağı nəsib etsin".
 
Sevinc Ağasıyeva bildirib ki, mahnı "Yarı orda, yarı burda" adlanır: "Bu mahnının sözləri valideynlərin ürəyinin yarısının orda, yarısının isə burda olmasını əks etdirir. 
 
Mahnının sözləri Məhəbbət İbrahimovaya, musiqisi isə müğənnin özünə aiddir. 
 
Həmin klipi təqdim edirik:
 
OXŞAR XƏBƏRLƏR