Sevinc Babayevanın oğlu həbs edildi

KRİMİNAL
16:38 25.06.2014
3170
Bu gün Binəqədi rayon Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın cinayət işində adı keçən Sevinc Babayevanın oğlu Məmmədov Ayxan Eldar oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Taleh Kərimovun sədrlik etdiyi prosesdə A.Məmmədova hökm oxunub. O, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsinə əsasən ittiham edilib.
Qeyd edək ki, bu barədə ilk xəbəri Musavat.com portalı yayıb.

OXŞAR XƏBƏRLƏR