Sevinc klip təqdimatına göy saçlarla gəldi - FOTOLAR

MAQAZİN
00:16 17.02.2015
5955
Bu gün gənc müğənni Sevinc Ağaşirinova Gürcüstanda çəkilən “Buyur yanımda əyləş” klipinin təqdimat mərasimi keçirib.AZXEBER.COM-un məlumatına görə, həmkarlarını, yaxın dostlarını və media əhlini başına toplayaraq mətbuat konfransı keçirən Sevincin fərqli imici diqqətləri cəlb edib. Tam fərqli stildə, qonaqlarını qarşılayan Sevinc hər kəsi salamladıqdan sonra klipini təqdim edib. Tədbirin aparıcısı, jurnalist Türkan Məmmədli təqdimatdan sonra növbəylə tədbirin iştirakçıları olan, prodüser Tarix Əliyevə, Sevda Yəhyayevaya, Əbdül Xalidə, Xatuna və müğənninin vokal müəllimi İntiqama söz verib. Prodüser Tolik Sevincə dəstək olaraq, onun tez-tez klip çəkdirərək fəaliyyət göstərməsini müsbət qarşılayıb. Toy müğənnilərindən fərqli olaraq Sevincin daima yeni mahnı yazdırması və klip çəkdirməsi bir çox gənc həmkarlarının qıcıqlanmasına səbəb olsa da, bütün bunlar Ağaşirinovanın fəaliyyətinə xələl gətirmir. Sözügedən klipin rejissoru Zamiq İbrahimov, operatoru Hüseyn Bağırov, montajı Nicat Qayıbova, mahnının sözləri Əhməd Mustafayevə, musiqisi Samir Quliyevə, aranjimanı isə İslam Şirvaniyə məxsusdur.
OXŞAR XƏBƏRLƏR