Sevinc Sarıyeva: “Əgər xalq onları sevirsə...”

Sevinc Sarıyeva: “Əgər xalq onları sevirsə...”
MAQAZİN
14:33 01.12.2023
204

"MTV Azərbaycan” kanalında yayımlanan "Tarixin bir günü” verilişinin qonağı əməkdar artist Sevinc Sarıyevə çıxışı ilə alqış toplayıb.

AZXEBER.COM xəbər verir ki, əməkdar artist ekranda fotoları göstərilən gənc müğənnilər haqqında fikirlərini söyləyib.

"Nəsəfin çox gözəl, şirin səsi var. Amma özünə də demişəm, repertuarı düz seçmir. Məsləhətlərimi vermişəm. Şəbnəm Tovuzlu muğam dərsi alıb. Çox da gözəl səsi var. Qəşəng də oxuyur. Aysun özünəməxsus səsə sahibdir, həmkarımızın övladıdır. Hissin qeyri-adi mahnıları var. Janrım deyil, amma məlumatım var, dinləmişəm. Şəbnəm Qəhramanova da yaxşı oxuyur, mərifətli qızdır. Zeynəbin səsini ilk dəfə Mikayılın verilişində eşidib, ona xeyir dua vermişdim. Hər şey də yaxşı oldu, toylara getməyə başladı. Türkan Vəlizadə səhnəyə çox yaraşır, izləyici də onu sevir”.

"Hamını dinləyirəm, televizorda eşidən kimi dayanıb qulaq asıram görüm bu nə oxuyur? Bu mənim janrım olsun, ya olmasın fərq etmir. Bir də əsas məsələ budur ki, bu insanları xalq sevir. Mən necə onlara pis deyə bilərəm?” - əməkdar artist bildirib.


Aysel

OXŞAR XƏBƏRLƏR