Sevinc Tofiqqızı 'Bir mələyin ürək səsi'ni təqdim etdi

MƏDƏNİYYƏT
13:16 16.05.2013
2191

Bü gün bəstəkar Sevinc Tofiqqızının “Bir mələyin ürək səsi” adlı diskinin təqdimat mərasimi keçirib.

AZXEBER.COM-un məlumatına görə, bəstəkarın kompozisiyalarından ibarət diskdə Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş “Gözlərə nur verən mələk” və Atatürkə həsr olunmuş “Mənim Atatürküm” kompozisiyası təqdim olununb.

Tədbirdə iştira edən Türkiyə səfirliyinin mədəniyyət müşaviri Seyid Ahmed Arslan çıxış edərək bəstəkarı təbrik edib: “Mən Sevinc xanımı bir ildən çoxdur tanıyıram. Çox gözəl bəstəkardır. Eyni zamanda o, musiqi üzrə mənim oğluma dərs deyir. Yəni oğlumun müəlliməsidir. Mən onu bu albom münasibəti ilə təbrik edirəm. Sevinc xanımın Zərifə Əliyeva və Atatürkə həsr etdiyi kompozisiyalarının çox dəyərləndirəm”.

Təqdimatda Sevinc xanımı təbrik etmək üçün gələnlər arasında xalq artisti Flora Kərimov, müğənnilərdən Mila və Vüqar Muradov da olub. Onlarda öz növbələrində çıxış edərək Sevinc Tofiqqızını təbrik ediblər.Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR