Bu gün prezident İlham Əliyev bir sıra məşhurları prezident mükafatı ilə təltif edib.
Bu siyahıda yer alan əməkdar artist Mehriban Xanlarova sevincini AZXEBER.COM-la paylaşıb:
"Bu xəbəri eşidəndə sevincimdən həm ağladım, həm də dilim topuğ vurur. Bilirəm ki, bu kimi hallar incəsənət xadimlərinə böyük stimul verir. Sağ olsun ölkə başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva. Anama və 4 körpəmə mən baxıram, bu xəbər evimizdə hamımızı sevindirdik. Evin bütün yükü mənim çiyinimdədir. Sevincimi necə izah edim bilmirəm. Bir daha Cənab Prezidentə təşəkkür edirəm”.
Nazim Qasımzadə