Liviyanın daxili reyslər həyata keçirən “Buraq Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi bu gün Tripoli hava limanına daxil olan zaman atəşə məruz qalıb, lakin müvəffəqiyyətlə eniş edə bilib.
Gün.Az RİA Novosti-yə istinadən xəbər verir ki, hava limanın nümayəndəsinin ehtimalına görə, aeroport yaxınlığında keçirilən toy mərasimində ənənəvi olaraq havaya açılan atəş zamanı güllə təyyarəyə tuş gəlib.İnsident nəticəsində sərnişinlər arasında zərərçəkən olmayıb. Təyyarənin ağ neft bakları da zərər çəkməyib.Hazırda hava limanı adi rejimdə fəaliyyət göstərir. İnsident araşdırılır, güllənin təyyarəyə təsadüfən dəyib-dəymədiyi müəyyən edilir.