Sevinclə başlayan toy qanla bitib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun Avcılar şəhərində əcnəbi vətəndaşların toyunun keçirildiyi salonda dava düşüb.
Davada polisə müqavimət göstərən və hadisəyə qarışan 6 nəfər tutularaq həbsxanaya göndərilib.
Açıqlanan məlumata görə, əcnəbi vətəndaşların toyunda qonaqlardan biri həddindən artıq spirtli içki qəbul etdiyi üçün zalda dava düşüb.
1 neçə nəfərin yaralandığı hadisədə polislər davaya qarışanları saxlayaraq polis bölməsinə aparıb.
Ayşən