Sevindik Hətəmov kollektivə təqdim olundu

SİYASƏT
12:22 18.09.2024
186
Hacıqabul Rayon İcra Hakimiyyətinin yeni başçısı Sevindik Hətəmov bu gün rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

AZXEBER.COM xəbər verir ki, yeni icra başçısını kollektivə Prezidentin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev təqdim edib.

Zeynal Nağdəliyev çıxışında ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

S.Hətəmov ona göstərilən etimada görə minnətdarlıq edib.

OXŞAR XƏBƏRLƏR