Sevişmə davam edir - HEKAYƏ

Sevişmə davam edir - HEKAYƏ
KÖŞƏ
03:32 15.03.2012
11663
SƏNAN ƏLLƏZ Pikasso məni görən kimi: -Ooo Ernesto gəl yaramaz jurnalist, gəl. Bax gör nə yaxşı şəkildi. Adını “Müharibə əzabı” qoymuşam.Necədi? Mən Pikassonun əlini sıxıb onun üzünə baxmadan köynəyinin yaxasını düymələyən xanımı tanıdım. Bu 4 il bundan əvvəl Milandakı Amerikan xəstəxanasında mənimlə tanış olan “prinsesa” idi. Rəsm əsərinə baxmadan Pikassonun sözünü yarıda kəsdim. -Necəsiz prinsesa? Heç bir sözə reaksiya verməyən T...... sükutu pozaraq, mən prinsesa deyiləm deyə dilləndi. Siz məni Milanda kralın yanında görümüsünüz o səbəbdən prinsesa olduğumu düşünürsünüz. Pikasso: tanışsınız? -Hə qoca kaftar tanışıq, 4 il əvvəl Milanda tanış olmuşuq. O zaman saçları daha uzun idi və onu daim çoban iti kimi izləyən əri var idi. Əgər sənin prinsesa olduğunu bilsəydim sənə 100 manat artıq verərdim. Pkasso qəlyanını yandırıb dilləndi və mənə dedi ki, istəsəz yata bilərsiz mən çox gec gələcəm. Emalatxananın qapısını bağladı. T..... pəncərəyə tərəf yanaşdı. Mən də ona tərəf. Nəfəsini nəfəsimdə hiss edirdim. Gözlərimin içinə baxaraq eşitdim evlənmisən dedi. -Hə, evlənmişəm və onu çox sevirəm. -Çox dəyişmisən məhşur Ernest Heminqvey. Bığ saxlamısan. Qarnın çıxıb. 24 yaşında yox, 42 yaşında görünürsən. -Amma sən heç dəyişməmisən T....... . 4 il əvvəlki qədər gözəlsən. İndi mən sizə 4 il bundan əvvəl T..... və Ernest Heminqveyin başına gələn hadisəni danışacam. Bakıda özündən yaşca çox böyük bir iş adamına ərə gedən T...... onunla bir yerdə Milana gedir. Milanda kraliyət ailəsinə qoşulan əri orada əlaqələri möhkəmləndirərək Bakıda neftdən qazandığı gəliri imtiyaza çevirib siyasətə qoşulmaq istəyir. Bu səbəbdən 1ci dünya müharibəsi illərində ancaq Avropadakı əlaqələrini genişləndirmək niyyətindədir. Kralın köməkçisi X....-in T....-dən xoşu gəlir. Ərinin yanında ona yaxınlıq edir, əri isə öz mənafeinə görə heç bir söz demir və T..... bu işdən çox narahatdır. Məlum olur ki, sabah Milandakı Amerika əstəxanasını ziyaryət edəcəklər. Bütün kraliyyət ailəsi gedir. Təbii ki, bizim neft milyonçusu və arvadı T.....-də gedir. Hami içəri xəstəxanaya daixil T..... bayırda qalır və bu an. -Salam prinsesa mən amerikalı jurnaist Ernest Heminqvey. Mənə ölkəniz barəsində danışa bilərsiz? T..... yaralı əsgərə baxaraq gəlin sizə kömək edim gəzək deyir. Onlar bir yerdə söhbət edirlər ,vaxt keçirilər. Birdən T..... soruşur. -Əsgər neçə yaşın var? -20 -Mən səndən 10 yaş böyüyəm. -Nə olsun ki, bax o tibb bacısını görürsən? -Aha. O da məndən 10 yaş böyükdü , amma məni sevir. Gənc amerikalı bu sözdən sonra T.....-nin alt dodağında xəfifcə öpür, T..... ona çəkinmədən qarşılıq verir. Bir neçə dəfə öpüşdükdən sonra Deyəsən səni sevən tibb bacısı bizə sarı gəlir deyə T.... dillənir. -Ey yaraşıqlı qadınların qəlbini sındırma. T...... bu sözləri deyib uzaqlaşır. O, düşünür ki, bunu heç kəs görmədi. Amma yanılır bütün bünları kralın köməkçisi X..... görür. T...... qaldığı mehmanxanaya gəldikdə. X...... və T.....-nin neft milyonçusu olan əri onu qarşılayır. -Sən ərinin üz qarasısan deyərək, ərinin yanında T.....-ni möhkəm döyür. Üz-gözünü qaraldır, ağzını partladır. Qan durmadan Ernestonun xəfifcə öpdüyü dodaqları isladır. T..... ağzının qanını silərək ərinin üstünə möhkəm qışqırır: -Mən çıxıb gedəcəm. Bura gəlməmişəm ki, sinələrimə vəhşiəsinə baxan hər kişi məni şillələsin. Əri heç bir şey demir. Ərinin əvəzinə isə X..... dillənir. Sən kral gedənə kimi ev dustağı olacqsan. Onu yola salan kimi sənin işinə də baxarıq qəhbə. Axşam kraliyyət ailəsi birinci dünya müharibəsində şəhid olanların xatirəsinə verilən şam yeməyinə gedəcəkdi. Təbii ki, adətləri üzrə bakıdan olan neft milyonçusu T.....-nin əri, və kralın hər zaman yanında gəzən yaltaq X.....-da bu yeməkdə iştirak etməli idilər. Fürsəti belə görən T....... bir neçə yataq dəstini bir-birinə bağlayaraq dustaq olduğu otaqdan qaçmağı bacardı. Hara gedəcəyini bilmədiyi üçün sürətlə yeriməyə başladı.Özüdə hiss etmədən ayaqları onu Amerikan əstəxanasına gətirmişdi. Qaranlıq dəhlizlərdən keçərkən ürəyinin səsini və döyüntü ritmlərini dodaqlarında hiss edirdi. Qapını cırıldadaraq açdı və Milanın ay işiğında üzü az-maz görünən gənc amerikalı jurnalistin parıldayan gözlərini öz gözləri ilə izləyərək otağa daxıl oldu. -Kim döyüb səni? -Heç. Nə vatsa cəzalanmalı idim cəzalandım. -Bu cəza deyil. Ernesto dikəldi və T.....-nin qolunda yavaşca özünə sarı dartdı və dodağının qırağındakı yaradan öpdü. -Ernesto mən bu gecə Milandan qaçıram. -Bu gecə? -Hə. Bu gün olmasa, bir də heç vaxt olan deyil. Ernest Heminqvey bir daha onun fransız ətirli boynundan öpdü. Bu an T...... onun sarıqlı sinəsinə fikir verdi. -Sən sinəndən yaralanmısan? -Bütün bədənimdən. Yaxın məsafədə partlayan top mərmisindən çıxan 300 qəlpənin hamısı bədənimə dolmuşdu. 299-un çıxarıblar biri sağ dizimdə qalıb. T...... onun sarıqlı sağ ayağına baxdı. Sonra ayağa qalxıb getmək istəyəndə Ernesto onu bir daha əfifcə öpdü. Bütün kişilərin dəlicəsinə edəcəyi öpüş hərəkətlərini o çox xoşa gələn şəkildə təkrarlayırdı. Çünki, o bu həyata qadınları xoşbəxt etmək üçün gəlmişdi. -Ernesto burda olmaz, yataq balacadı. -Birtəhər yerləşərik. -Tibb bacıları oyana bilər. -Hamısı yatıb. Ernest Heminqvey özündən 10 yaş böyük 30 yaşlı T...... yun jaketini aramla soyundurdu. Bu an onun qollarında çılpaq bir prinsesa var idi. T..... çox mehriban səslə: -Ayağın ağrıyır? -Bir az. -Bəlkə mən yana çevrilim? -Çox çətin olcaq sənin üçün.
OXŞAR XƏBƏRLƏR