Sevişmədən sonra yanğın həyacanı – 3-CÜ HEKAYƏ

Sevişmədən sonra yanğın həyacanı – 3-CÜ HEKAYƏ
KÖŞƏ
09:04 17.03.2012
3621

Sənan Əlləz

Əvvəlki yazılar:

https://www.azxeber.com/news/14183.htm

https://www.azxeber.com/news/14281.htm

Davamı...

Mən bu arada Ernest Heminqvey olmaqdan sıxılmışdım. Üçüncü bir şəxs kimi Ernestonu və T.....-ni müşahidə edirdim. Bu hadisədən iki il sonra T...... həmim gecə Amerikan xəstəxanasında bir yaralı jurnalistlə olanları öz yaxın rəfiqəsi S.....-ə Parisdə danışacaqdı. Necə danışdığını bilmirəm, amma bu hadisəni siz ilk dəfə məndən eşidirsinizsə deməli T..... bir qadın cəsarətsizliyi ilə çox zəif danışıb. Mənə isə bu hadisəni Ernesto özü danışmışdı. Əziz OxUcu mən artıq Ernest Heminqvey deyildim, onunla eyni xəstəxanada müalicə olunan bir qızıldırili idim. Adıma “Qırmızı Tülkü” deyirdilər. Siz də belə deyin. Palatalarımız Heminqveylə yanaşı idi. Onunla hər zaman silahlardan və müharibədən söhbət edirdik. Hətta mən hər zaman deyirdim ki, silahla vidalaşmaq istəyirəm. O, isə mənə söz vermişdi ki, sənin bu silaha vida arzunu yerinə yetirib sənə 1 roman yazacam. Mənim döyüş dostum sözünü tutdu və “Əlvida silah” romanını yazdı. Ernesto mənə o azərbaycanlı qadından danışanda çox təccübləndim. Mən həmin zamanlarda Milanda deyildim, Romadan qayıdanda bütün başından keçəni mənə danışdı. Və nə vaxtsa bunu hekayə kimi yazmaq istəyirəm demişdi. Amma Ernesto elə şübhə ilə danışırdı özü də T.....-ilə keçirdiklərinə inana bilmirdi. Elə xəstəxanada ikən hekayənin ilk cümlələrini yazmağa başlamışdı. İllər sonra mən bu hekayəni məktub vasitəsilə dostumdan soruşanda, təəsüflə qeyd etmişdi ki Milanda vağzalda bir çemodanın içərisində bütün yazılarıyla bərabər o hekayəni də itirmişdi. Deməli yazmaq mənə qismət imiş. Əziz OxUcu hekayənin “sevişmə davam edən” hissəsinə kimi Ernest Heminqvey danışmışdı. Sevişmədən Parisə qədər mən “Qırmızı Tülkü” danışacam. Sonrasını kim danışacaq onu bir yazar bilir, bir də hekayəni danışan. Sevişmə bitdikdən sonra hər ikisi sakit uzanmışdılar. Dəmir çarpayı çox ensiz olduğundan artıq onların bədəni bir-birinə keçmiş formada idi. -Burdan çıxandan sonra hara gedəcəksən? -Nə olur olsun İtaliyada qala bilmərəm. Əri sabahdan etibarən itlərinə əmr verəcək ki, məni tapsınlar və tapdıqları yerdə öldürsünlər. Ernesto bizim tərəflərdə belə şeylər bağışlanılmazdı. -Niyə Avstriyaya getmirsən? -Eh yaraşıqlım bu dəqiqə Avstriya Bakı neft milyonçularının ən çox eyş-işrətlə məşğul olduqları yerdi. -Orda çox ədalətli kraliyət qaydaları var. Sığınacaq istəsən səni qoruyarlar.Bu an Ernest Heminqveyin üzündə öz balasını quzğunun əlindən almaq istəyən dişi canavarın simasına oxşar bir ifadə yaratmışdı. T.....: “Sənə yazacam”. Harda olsamda sənə yazacam deyə əlavə etdi. -Sən məni tapa bilməyəcəksəm prinsesa. Yanvar ayında Amerikaya geri qayıdıram. Ernesto T.....-nin fransız qoxulu boynunda dodaqlarını xəfifcə gəzdirərək əlavə etdi. T..... yataqdan qalxdı yun jaketini və ətəyini geyindi. İki il sonra rəfiqəsi S....-ə “Bir anda o yaralının yanından getmək istədim” deyəcəkdi. S....-də öz növbəsində şəfqətlə gülümsəyəcək və “T..... sən mənin kimi içindəki dəliliklə doğulmusan” deyə cavab verəcəkdi. Artıq gecə yarısı idi T..... Milanın donuq ay işığı ilə işıqlanan güzgüdə saçlarını daradı. Geriyə çevrildiyində Ernesto bir kağızın üzərinə nəsə yazırdı. -Prinsesa bu Amerikadakı ünvanımdı istəsən yazarsan. Prinsesa kağızı aldı dodaqlarına toxunduraraq: -Mütləq yazacam yaraşıqlım. Amerikan xəstəxanasının qaranlıq dıhlizində yoxa çıxana qədər Ernesto T....-ni izlədi. Sonra pəncərəyə tərəf getdi. T..... xəstəxananın çıxış qapısına yanaşanda bir atəş səsi eşidildi. Ernesto atəş edəni açıq aydın görmüşdü. Bu buxara papaqlı, eşmə biğları olab Bakı qoçusuydu. Ernest Heminqvey vaxt itirmədən pəncərənin şüşəsini sındırıb qışqırmağa başladı. -Yanğın var. Yanğın var. O çox gözəl başa düşürdü ki, xəstəxananı başqa cür səsləmək olmayacaq. Ernesto qışqıran andan etibarən 2-3, sonra 7-8 yerdən işıq yandı. Xəstəxananın həyətində gözləyən italiyan polisi artıq Bakı qoçusunun qolunu qandallamış silahını əlindən almışdı. Ernesto T.....-nin əks tərəfə qaçıb küçənin sonunda qaranlıqda itdiyini ay işığında güc-bəla sezə bilirdi. Bu an onun palatasının qapısı açıldı və ondan 10 yaş böyük tibb bacısı içəri daxil oldu. -Nə olub? -Heç, bir qadını öldürmək istəyirdilər. -Hə qarşıdakı küçədə bir nəfərin qaçdığını məndə gördüm. Tibb bacısı qırışmış yataq dəstlərini görüb “Kef edirdin burda?”. -Elə demək olar. -Ay səni yaramaz. Bu gün səhər T....-ni görənə qədər Ernest Heminqvey özündən 10 yaş böyük olan tibb bacısını özünün xilaskar mələyi hesab edirdi və onsuz yaşaya bilməyəcəyini zənn edirdi. Çünki, 20 yaşında bədənindəki 300 qəlpə çıxarılandan sonra yaralı vəziyyətdə gözünü açdığın an sənə gülümsəyən tibb bacısına vurulmaq bu həyatda müharibənin yazılmamış qanunlarının ən ehtiraslısıdı. Qadın Ernestonun sarıqlı sinəsinə əlini çəkdi, dodaqlarını onun sarığının üstündə 3-4 dəfə gəzdirdi və öpüşün sonunu onun dodağında tamamladı. Ernestonun fikri isə T.....-nin yanında idi. Tibb bacısı otağı tərk etdikdən sonra Ernest Heminqvey düşündü ki, bu gecə yenə səhərə qədər yata bilməyəcək. O, əslində buna alışmışdı. Çünki, bəzən yaraları elə dözülməz ağrayırdı ki, səhərə qədər yata bilmirdi. Amma bu dəfə o ağrıdan yox, otaqdakı və yataqdakı sevişmə qoxusundan yata bilməyəcəkdi. Ernest Heminqvey adəti üzrə papirosun başını ağzında gəmirdi və onu alışdırmadan öncə dilindəki tütün parçalarını tüpürərək T....-nin əsrarəngiz vücudunu düşünürdü. T..... isə qarşısına çıxan ilk taksiya oturdu və Parisə gedirik deyə qısa bir cümlə qurdu. Taksi sürücüsü maşına minən qadının ruhi xəstə olduğunu və xəstəxanadan qaçdığını düşünərək: -Parisə? -Doğru düşünürsən Paris çox uzaqdı. Sən məni Veronaya apar mən ordan özüm Paris qatarına minərəm. Onu Parisdə qarşılayacaq qadının xəyalını qurmağa başlamışdı. Çox güman ki, o T.....-ni şillələyib küçəyə atacaqdı. “Artıq yaşlı olduğu üçün daha da əsəbiləşmişdir” deyə T.... düşündü. İnsanın 60 yaşında ayağının kəsilməsi yaxşı hal deyil. Bu yaşlı qadın Azərbaycanlı bir neft milyonçusunun Parisdə bir zamanlar saxladığı digər bir arvadı idi.

OXŞAR XƏBƏRLƏR