"Sevməyin bir adı da dəyişməkdir..." (ŞEİR)

"Sevməyin bir adı da dəyişməkdir..." (ŞEİR)
KÖŞƏ
20:13 07.07.2011
2360
İnsanlar sevəndə dəyişir

Məsələn dostum Eynar sevəndən sonra çox dəyişdi
İndi heç özü də anlamır bu nə olan işdi

Məsələn əvvəllər Allaha inanmırdı
İndi isə Allahdan başqasına inanmır

Əvvəllər -“yağış yağmasın küçələri bulayır”- deyirdi,
İndi isə -“yağış yağsın gülləri sulayır”- deyir.

Əvvəllər -“külək əsməsin, hər yeri toz edir”- deyirdi,
Və qəmli müsiqilərə qulas asmırdı.
İndi isə -“külək əssin, o bir müsiqidir,
Qoy bir az təbiətin səsinə,
sevənlərin qəmli musiqisinə qulaq asaq”- deyir,
və küləkli havalarda küçələrdə tək gəzməkdən bezmir…

Əvvəllər -“qar yağmasın bütün yollar buz bağlayır,
Qışda yol getmək itin azarıdır” - deyirdi,
İndi isə “qar yağsın,
qışda mələklər insanları isitmək üçün göydən yerə enirlər,
yağan qar onların qanadlarından qopan ağ lələk parçalarıdır…”- deyir.

Əvvəllər o dünyaya inamı yox idi,
İndi isə ümidi daha çox o dünyayadır.
Odur ki, sevgilisinə” əgər bu dünyada qovuşa bilməsək,
o dünyada mütləq qovuşacağıq” deyir.

Əvvəllər bədii kitablar oxumazdı,
İndi isə sevgi romanları əlindən düşmür,
sevgi şerləri dilindən…

Əvvəllər heç vaxt qadınlarla ünsiyyətdə olmazdı,
İndi də olmur, amma özü istədiyi üçün yox,
sevdiyi qadın qısqandığı üçün

Əvvəllər, - “bir özüməm, bir başımdı” - deyirdi,
İndi isə - “ürəyim bir sevgi ölkəsidir,
sevdiyim qadın bu ölkənin tək vətəndaşıdır!” - deyir.

…Sevdiyini ilk dəfə görəndə işi yalnız sevmək idi Eynarın,
İndi isə onu hər gün daha çox sevdiyindən
işi hər gün dəyişməkdir.

Bəli, DƏYİŞMƏKdir sevginin bir adı da
sevənlər üçün dəyişir bu dünyanın rəngi,
aldığı havanın qoxusu,
hətta hər gün yediyi adi şorbanın dadı da…

Kim nə qədər çox sevirsə

Coşqun Cəfər

OXŞAR XƏBƏRLƏR