Sexdə faciə - Usta üzərinə maşın aşdığı üçün öldü

Sexdə faciə - Usta üzərinə maşın aşdığı üçün öldü
SOSİAL
12:28 28.12.2022
139
Bakıda usta üzərinə avtomobil aşması nəticəsində ölüb.

Bu barədə AZXEBER.COM-a Xətai Rayon Prokurorluğundan məlumat verilib.

Dekabrın 27-si saat 18 radələrində paytaxtın Xətai rayonu, Zığ şosesində yerləşən avtotəmir sexində usta işləyən 1968-ci il təvəllüdlü Ələddin Abbasovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Aparılmış araşdırma zamanı Ələddin Abbasovun sexdə təmir etdiyi avtomobilin aşması nəticəsində aldığı xəsarətlərdən ölməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
OXŞAR XƏBƏRLƏR