Vəfa Şərifova şəxsi həyatında olan problemlərdən danışıb.
AZXEBER.COM xəbər verir ki, o, bu haqda "İncə səhər" verilişində söz açıb.
"Yaşadığım problemlər işimə yansımır, çünki işimi çox sevirəm. Tamaşaçılar da bildiyi üçün artıq gizlətmirəm. Bəli, şəxsi həyatımda problemlər var. Ruhən o qədər də mükəmməl deyiləm. Tez bir zamanda toparlanacağıma əminəm. Çünki bu zamana qədər çox çətinliklər görmüşəm, zərbələr almışam" deyə müğənni bildirib.
Xatırladaq ki, müğənninin qeyri rəsmi nikahlı həyat yoldaşından ayrıldığı məlum olub. Onun bu bərabərlikdən iki övladı var.
Aysel