“Şəxsiyyətlər” jurnalının İlham Əliyevə həsr olunan xüsusi buraxılışının təqdimatı keçirilib

“Şəxsiyyətlər” jurnalının İlham Əliyevə həsr olunan xüsusi buraxılışının təqdimatı keçirilib
SİYASƏT
18:30 26.12.2013
990

Bakıda “Liçnosti” (“Şəxsiyyətlər”) jurnalının Azərbaycan prezidenti İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunan xüsusi buraxılışının təqdimat mərasimi keçirilib.

AZXEBER.COM-un verdiyi xəbərə görə, tədbir Azərbaycan dövləti başçısının həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi ilə başlayıb.Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev mərasimdə çıxış edərək bəyan edib ki, son 10 il bəşəriyyət tarixinin miqyasına görə elə də çox böyük olmayan zaman kəsiyidir.“Lakin cəmi 20 yaşı olan bir dövlət üçün bu müddət kifayət qədər əhəmiyyətli dövr deməkdir. Məhz buna görə, İlham Əliyevin prezidentliyinin onilliyi böyük yaradıcılıq və quruculuq yolunun başlanğıcı kimi nəzərdən keçirilməlidir” – R.Mehdiyev qeyd edib.“Liçnosti” jurnalının baş redaktoru Yuri Beletski redaksiya kollegiyasının jurnal üçün şəxsiyyətlərin seçilməsini daim müzakirə etdiyini qeyd edib.“Jurnalımızın ənənəsi və əsas ideologiyası bu şəxsləri artıq dayanıqlı, tarixi simaya çevrilmiş şəxsiyyətlərin arasından seçməkdir. Axı insanın gerçək mahiyyəti və əhəmiyyətliliyi bu məsələyə məhz nəsillərin prizmasından yanaşanda daha aydın şəkildə görünür” – Y.Beletski bildirib.“İlham Əliyev fenomendir. Biz ilk dəfə olaraq jurnalın buraxılışını müasir Azərbaycanı parlaq və güclü şəxsiyyətinin simasında gördüyümüz bir adama həsr etmişik", - deyə nəşrin baş redaktoru vurğulayıb.Ukrayna Naşirləri Assosiasiyasının prezidenti Aleksandr Afonin bəyan edib: "İlham Əliyev - dünyamiqyaslı siyasətçidir. "Şəxsiyyətlər" jurnalının nömrəsi bütöv olaraq Prezident İlham Əliyevə həsr olunub və bu olduqca əhəmiyyətli məsələdir”. “İlham Əliyev - Azərbaycan xalqının rifahı üçün hələ çox işlər görə biləcək cavan siyasi liderdir”, - deyə A.Afonin qeyd edib.O, Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan və Ukrayna münasibətlərində yeni səhifə açılacağına ümid etdiyini də bildirib.Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə qeyd edib ki, Prezident İlham Əliyevin siyasətinin uğuru "Bu, Vətənə və xalqa olan təmənnasız sevgidir" postulatına əsaslanır.“Azərbaycanın bugünkü intensiv və dinamik inkişafı prezident İlham Əliyevin qətiyyətliliyi və ölkənin parlaq gələcəyinə sarsılmaz inamının nəticəsidir və biz buna görə ona minnətdarıq”, - deyə Akif Əlizadə bildirib.Azərbaycan Yazıçılar İttifaqının sədri Anar diqqəti müasir Azərbaycan Respublikasının uğurlarının prezident İlham Əliyevin apardığı düzgün siyasət ilə möhkəm bağlılığına yönəldib.“Biz prezident İlham Əliyevə Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyi dəstəyə görə minnətdarıq”, - Anar qeyd edib.Mərasimdə həmçinin Azərbaycan Prezidenti Administrasiyasının nümayəndələri, siyasi partiyaların təmsilçiləri, ictimaiyyət nümayəndələri, Milli Məclisin deputatları və elm xadimləri iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başladı
16:44 15.05.2025
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başladı
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil
16:43 15.05.2025
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil
Alzheimer xəstələri üçün ağıllı bilərzik kəşf olundu
16:27 15.05.2025
Alzheimer xəstələri üçün ağıllı bilərzik kəşf olundu
Azərbaycan Hüseyn Həsənovu Rusiyaya təhvil verə bilərmi? - "Əgər cinayəti təsdiqlənərsə..."
16:23 15.05.2025
Azərbaycan Hüseyn Həsənovu Rusiyaya təhvil verə bilərmi? - "Əgər cinayəti təsdiqlənərsə..."
Dünyanın ən ucaboy insanlarının yaşadığı ölkə AÇIQLANDI
16:15 15.05.2025
Dünyanın ən ucaboy insanlarının yaşadığı ölkə AÇIQLANDI
Snoop Doogun komandası Mehin üçün klip çəkdi  - VİDEO
16:02 15.05.2025
Snoop Doogun komandası Mehin üçün klip çəkdi - VİDEO
Hakan Fidan: Türkiyə Avropanın təhlükəsizliyində rol oynamağa davam edəcək
15:55 15.05.2025
Hakan Fidan: Türkiyə Avropanın təhlükəsizliyində rol oynamağa davam edəcək
Naftalanda növbəti səyyar qəbul keçirilib - FOTOLAR
15:50 15.05.2025
Naftalanda növbəti səyyar qəbul keçirilib - FOTOLAR
Müdafiə naziri: İlham Əliyev Azərbaycan Ordusunun fəaliyyətindən razıdır
15:46 15.05.2025
Müdafiə naziri: İlham Əliyev Azərbaycan Ordusunun fəaliyyətindən razıdır
Kreml: Putin-Tramp görüşü ilə bağlı məsələ hələ gündəmdə deyil
15:37 15.05.2025
Kreml: Putin-Tramp görüşü ilə bağlı məsələ hələ gündəmdə deyil
“Məni həbs edin, canım qurtarsın...” – Şərurlu İsfəndiyar
15:26 15.05.2025
“Məni həbs edin, canım qurtarsın...” – Şərurlu İsfəndiyar
“Son zəng” məktəb daxilində və sadə formada keçirilməlidir”
15:22 15.05.2025
“Son zəng” məktəb daxilində və sadə formada keçirilməlidir”
Zelenski: Türkiyəyə səfərim Putin üçün çox aydın siqnaldır
15:18 15.05.2025
Zelenski: Türkiyəyə səfərim Putin üçün çox aydın siqnaldır
Türkiyədəki etirazlarda həbs olunan böyrək xəstəsi Esila azadlığa buraxıldı
14:51 15.05.2025
Türkiyədəki etirazlarda həbs olunan böyrək xəstəsi Esila azadlığa buraxıldı
Ərdoğan - Zelenski görüşü başlayıb
14:39 15.05.2025
Ərdoğan - Zelenski görüşü başlayıb
Müğənniyə medal verilməsi gündəm yaratdı - “Necə aldığını açıqlamır”
14:33 15.05.2025
Müğənniyə medal verilməsi gündəm yaratdı - “Necə aldığını açıqlamır”