Tanzaniya və Ekvatorial Qvineyayada yeni virus yayılıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Verilən yazılı açıqlamada "BƏƏ vətəndaşlarına Marburq virusunun müşahidə olunduğu Tanzaniya və Ekvatorial Qvineyaya səfərlərini təxirə salmalarını tövsiyə edirik" bəyanatları daxil edilib.
Bəyanatda hazırda Tanzaniya və Ekvatorial Qvineyada olan BƏƏ vətəndaşlarını sayıq olmağa və səlahiyyətlilər tərəfindən verilən təhlükəsizlik təlimatlarına əməl etməyə çağırıb.
Küveyt Səhiyyə Nazirliyindən verilən açıqlamada isə, vətəndaşlara "Marburq" virusu nəzarət altına alınana qədər Tanzaniya və Ekvatorial Qvineyaya səfərlərdən çəkinməyə çağırış edilib.
"Mamburq" virusu
"Marburq" virusu ilk dəfə 1967-ci ildə Almaniyanın Marburq şəhərindəki laboratoriyada aşkar edilib.
Meyvə yarasaları vasitəsilə yoluxan "Marburq virusu" insanlar arasında bədən mayeləri və ya yoluxmuş şəxslərin təması zamanı yayılır. İnfeksiyaya yoluxmuş insanlarda yüksək hərarət, şiddətli başağrısı, halsızlıq, qusma kimi əlamətlər qəflətən yaranır və bir çox xəstələrdə 7 gün ərzində ağır hemorragik simptomlar yaranır.
Peyvəndi və ya xüsusi müalicəsi olmayan "Marburq" virusunun ölüm nisbəti yüzdə 90-a çata bilər.
2005-ci ildə Anqolada baş verən epidemiyada "Marburq" virusuna yoluxan 252 nəfərin 90 faizi öldü.