Səyahətə çıxan turistlər qəzaya uğradı: 6 nəfər öldü
DÜNYA
10:42 05.01.2013
1451
İtaliyada Alp dağları ərazisində rusiyalı turistlər yüksəklikdən yıxılıblar. İtaliya kütləvi-informasiya vasitələrinin məlumatına görə, icarəyə götürülmüş aeroxizəklə dağa çıxan turistlər qəzaya uğrayıb və aeroxizəklə birlikdə 100 metr hündürlükdən yıxılan 8 turistdən 6-sı ölüb, 2-si isə ağır yaralanıb. Ölənlərdən 4-ü kişi, qalanları qadın olub.Ölənlərin şəxsiyyəti artıq müəyyənləşdirilib. Rusiyanın İtaliyadakı baş konsulluğu ölən və yaralanan turistlərin siyahısını yayıb.