Seyfulla Əzimov: "Almaniyada 4 min qeyri-qanuni yaşayan vətəndaşımız var"

Seyfulla Əzimov: "Almaniyada 4 min qeyri-qanuni yaşayan vətəndaşımız var"
SOSİAL
13:53 19.05.2020
575

1 500 Azərbaycan vətəndaşının Almaniyanın müvafiq qurumları tərəfindən deportasiya olunması ilə bağlı qərarlar çıxarılıb. 2 500 nəfərlə bağlı isə müvafiq qərarın icrası müvəqqəti təxirə salınıb. Bu məsələ ciddi nəzarətimizdə saxlanılır.

Bunu Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Almaniyada bizim 4 min nəfər qeyri-qanuni yaşayan vətəndaşımız var: 

"Mühacirətə aparılıblar, onların da hamısı nəzarətimizdədir”.

Nazir müavini bildirib ki, adlarını demokrat qoyan təşkilatlar saxta sənəd alveri ilə məşğuldurlar:

"Bu, hamımıza bəllidir. Onların hamısının bizdə statistikası da var”.

OXŞAR XƏBƏRLƏR