Türkiyəli məşhur Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı yenə də açıqlaması ilə gündəmi zəbt edib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir maqazin verilişinə qonaq olan Şeyma etdiyi açıqlamaları ilə hər kəsi şoka salıb.
O, Acundan daha çox uşaq sahibi olmadığı üçün peşman olduğunu bildirib.
Şeyma Subaşı uzun illər Acun Ilıcalı ilə sevgi yaşamış, evləndikdən 15 ay sonra isə boşanmışdı. Acundan Melisa adlı qızı olan Subaşı uşaqları çox sevdiyini bildirib.
Şeyma qatıldığı verilişdə Acunla evliliyindən danışıb: "18 yaşımdan bu vaxta kimi yaşanan hadisələrdən artıq yorulmuşdum. Mən pula görə birlikdə yaşaya biləcək biri deyiləm. O məni istəmədi, mən də onu. Mən zamanında onun üçün ölürdüm, çox sevirdim. Kaş ki Acundan 3 uşağım olardı, indi daha rahat idim".
Mələk Cabbar