Seymur Orucov növbəti dəfə ağstafalı fermerlərlə görüşdü - FOTOLAR

Seymur Orucov növbəti dəfə ağstafalı fermerlərlə görüşdü - FOTOLAR
SOSİAL
20:00 07.08.2024
142
Ağstafa RİH başçısı aparatının inzibati binasında təşkil olunan görüşdə aidiyyəti üzrə məsul şəxslər, Ağstafa rayonunun kənd təsərrüfatı sahəsi üçün xarakterik olan üzümçülük, kartofçuluq təsərrüfatları ilə məşğul olan fermerlər iştirak ediblər.

RİH başçısı diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən aqrar siyasət nəticəsində kənd təsərrüfatında artım tempi təmin olunur, bu sahədə müasir dövrün tələblərinə cavab verən səmərəli tədbirlər icra olunur, fermerlərə dövlət dəstəyi daim diqqətdə saxlanılır, yerli məhsulların rəqabət qabiliyyəti artırılır. Aqrar sektor üçün olduqca əlverişli coğrafi-iqlim xüsusiyyətlərinə malik olan ölkəmizdə kənd təsərrüfatının sürətli inkişafı güclü iqtisadi potensiala əsaslanır.   

Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elvin Musayev aqrar sahənin inkişafı məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin müvafiq Sərəncamları ilə təsdiqlənmiş dövlət proqramlarından söz açıb, Ağstafa rayonunda becərilən üzüm və kartof bitkilərinə dair statistik məlumatları diqqətə çatdıraraq bildirib ki, hər iki sahənin inkişafı artan dinamika ilə davam edir.
Çıxış edən digər natiqlər Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Ağstafa Şurasının sədri Vüqar Kərimov, müvafiq olaraq kartofçuluq və üzümçülük təsərrüfatları ilə məşğul olan fermerlər - Etibar Əsgərov, Elvin Yaqubəliyev, Əsəd Rzayev, Eyyub Budaqov, Yulət Kərimov, Səməndər Vəliyev, Qurban Aslanov və digərləri öz təcrübələrini bölüşüb, aqrar sahədə əldə etdikləri uğurlardan söz açıb, onları maraqlandıran bir sıra məsələləri önə çəkiblər. Ağstafalı fermerlər həmçinin aqrar sektorun inkişafına, o cümlədən onlara dövlət tərəfindən göstərilən dəstəyə, ödənilən subsidiya və digər bu kimi güzəştlərə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
İşgüzar şəraitdə keçən görüşdə rayonun kənd təsərrüfatı sahəsinin inkişafına dair fermerlərin bir sıra vacib məsələlərə dair fikirləri öyrənilib, onların təklif və müraciətləri qəbul olunub. Aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib.   

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama