Ağstafa RİH başçısı rayonun Düzqışlaq kəndindən olan 44 günlük Vətən Müharibəsi şəhidi Taleh Zülfəli oğlu Namazovun anası Afət Namazovanın öd yollarından əməliyyat olunduğu və hazırda müalicəsinin uğurla davam etdiyi Qazax rayon Mərkəzi Xəstəxanasında ziyarət edib, sağlamlıq durumu və qayğıları ilə maraqlanıb.
AZXEBER.COM xəbər verir ki, şəhid anası xəstəxanadakı mövcud şərait və tibbi personalın peşəkarlığından məmnunluğunu ifadə edib.
O, ölkəmizdə şəhid ailələrinin üzvlərinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarılğını bildirib.