Ürəyi zəif olanlardan videoya baxmamağı xahiş edirik.
Robot texnikası üzrə mütəxəssislər Nyu-York sakinləri ilə pis zarafat ediblər.
Oxu.Azxəbər verir ki, “zarafatçılar” komandası məsafədən idarəetmə pultu ilə təchiz olunmuş “şeytan-körpə” hazırlayıblar.
Çox real görünən oyuncaq uşaq elə bil dəhşət filmlərindən gəlib. Onu, uşaq arabasına yerləşdirərək, şəhərin küçələrinə buraxıblar.
Nəzarətsiz buraxılmış və ağlama səsinin gəldiyi uşaq arabasına narahat sakinlər yaxınlaşırlar. Və bundan sonra baş verənlər gizli kameraya çəkilir.
Video YouTube-yə yerləşdirildiyi 2 gün ərzində 3 milyondan çox baxış toplayıb.