Şeyx Almaniyaya gedir

Şeyx Almaniyaya gedir
SOSİAL
16:12 16.11.2018
3958
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 17-də Almaniyaya səfərə yola düşür.

İdarədən AZXEBER.COM-a verilən məlumata görə, səfərdə məqsəd Qafqaz Müsəlmanları İdarəsinin nəzdində daimi fəaliyyət göstərən «Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi»nin Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Azərbaycanın Almaniyadakı səfirliyi, Almaniya-Azərbaycan Forumu və Berlin Mədəni Diplomatiya Akademiyası ilə birgə təşkilatçılıqda noyabrın 19-da Berlin şəhərində keçirəcəyi «Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru» mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.

Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Azərbaycanda Multikulturalizm və İslam Həmrəyliyi illərinin elan olunmasının ardınca, habelə Mədəniyyətlərarası dialoqa dair Bakı prosesinin 10 illiyi münasibətilə tədbirlərin davamı olaraq keçiriləcək Berlin Beynəlxalq Konfransı dinlər və sivilizasiyalararası dialoqun davam etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında müstəsna əhəmiyyət kəsb etməsinə dünya ictimaiyyətinin diqqətini daha da artırmaq, sülhü və əmin-amanlığı təhdid edən amillərə qarşı müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və dinlərin nümayəndələrinin birgə mövqeyini nümayiş etdirmək məramına xidmət edir.

Berlin Konfransında Almaniya və Azərbaycanın dövlət və qeyri-hökumət təşkilatları, o cümlədən dünyanın müxtəlif dini konfessiya rəhbərləri, dövlət, elm və mədəniyyət xadimləri, «Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi»nin Himayədarlar və Məşvərət Şuralarının üzvləri, Konfransda təmsil olunan iştirakçıların Almaniyada akkreditə olunmuş səfirliklərinin və beynəlxalq təşkilatların təmsilçilərinin - ümumilikdə dünyanın 40-a yaxın ölkəsindən 300-ə yaxın nümayəndənin iştirakı gözlənilir.

Azərbaycan nümayəndə heyətinə ölkənin tanınmış dövlət, din və elm xadimləri, Azərbaycandakı dini konfessiya rəhbərləri daxildirlər.

Almaniyaya səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Almaniya hökumətinin üzvləri, ölkənin tanınmış ictimai-siyasi xadimlərilə görüşləri nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
11:16 15.09.2025
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
11:02 15.09.2025
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
10:31 15.09.2025
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
09:45 15.09.2025
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
Bakıda evdən meyit tapıldı
09:38 15.09.2025
Bakıda evdən meyit tapıldı
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
09:34 15.09.2025
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
Yeni dərs ili yeni ümidlər deməkdir - Emin Əmrullayev
09:16 15.09.2025
Yeni dərs ili yeni ümidlər deməkdir - Emin Əmrullayev
Sabirabad sakini həmkəndlisini qətlə yetirib
09:04 15.09.2025
Sabirabad sakini həmkəndlisini qətlə yetirib